Xəstəlikləri proqnozlaşdıran ağıllı döymə ixtira olundu

Cənubi Koreya alimləri sağlamlıq haqqında məlumat toplamağa imkan verən smart-tatu yaradıblar. Belə ki, sözügedən elektron döymə bioelektrod funksiyasını yerinə yetirir.

Ulutv.info oxu.az-a istinadən xəbər verir ki, innovativ mürəkkəb elektrokardioqramma cihazı (EKQ) və ya digər biosensorla birləşdirilə bilər. Tatu pasiyentin ürəyinin yığılıb açılması və digər həyati vacib göstəricilər haqqında məlumatları ötürməyə qadirdir; bu məlumatlarla xəstəlikləri proqnozlaşdırmaq mümkündür.

O da vurğulanır ki, material sağlamlıq üçün təhlükəsizdir.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info