“Tesla” insanabənzər robotu ilə bağlı ilk tizerini yayımladı - FOTO

Tesla "Optimus" insanabənzər robotunun tizerini yayımlayıb. Yayımlanan fotoda robotun ürək şəklində qatlanmış əlləri əks olunub.

Ulutv.info oxu.az-a istinadən xəbər verir ki, təqdimat sentyabrın 30-da "Tesla AI Day # 2" tədbirində nəzərdə tutulub.

"Tesla AI Day"in əvvəlki təqdimatı keçən il baş tutmuşdu. Məhz həmin vaxt "Tesla"nın rəhbəri İlon Mask robot-humanoid yaratmaq planlarını açıqlamışdı. Öncə robot "Tesla Bot" adlandırılırdı, lakin sonradan "Optimus" adını aldı.

İndi isə Mask vəd edir ki, sentyabrın 30-da şirkət "Optimus"un işləyən prototipini ictimaiyyətə nümayiş etdirəcək.

Bundan əlavə, milyarder əmindir ki, "Tesla"nın robot biznesi sonda elektrik maşınların biznesinə kölgə sala bilər.

"İnanıram ki, uzunmüddətli perspektivdə "Optimus" avtomobildən daha vacib layihə olacaq. Bu, iqtisadiyyat barədə bütün təsəvvürləri başdan-ayağa dəyişəcək", - Mask bildirib.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info