22 ildir çimmir

Hindistan sakini 40 yaşında qadınlara qarşı cinayətlər, ərazi mübahisələri və günahsız heyvanların öldürülməsi davam etdikcə çimməyəcəyinə and içib. O vaxtdan bəri o, heç vaxt vədindən dönməyib.

Ulutv.info milli.az-a istinadən bildirir ki, bu haqda "Times Now" yazıb.

Biharın Baikantpur kəndindən olan 62 yaşlı Dharmadev Ram 22 ildir çimmir. "1975-ci ildə Qərbi Benqalın Caqatdala şəhərindəki fabrikdə işləyirdim. 1978-ci ildə ailə qurdum və normal həyat sürdüm. Amma 1987-ci ildə birdən başa düşdüm ki, ərazi mübahisələri, heyvanların öldürülməsi, qadınlara qarşı vəhşiliklər artıb. Məni şagird kimi qəbul edən və doğru yola yönəldən bir guruya müraciət etdim", - o izah edib.

2000-ci ildən bəri Ram çimməkdən imtina etdi və oğlu və arvadının ölümündən sonra belə andından dönməyib. Buna baxmayaraq, kişi yaxşı məqsəd güddüyü üçün qonşular onu qınamırlar.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info