Diqqət! Pulunuz oğurlana bilər - Şəxsiyyət vəsiqənizi istəsələr göndərməyin - VİDEO

Son günlər kart hesabından 2500-dən 5000 manatadək pullar oğurlanır. Ən pisi odur ki, pul köçürülməsinin təsdiq kodunu zərərçəkən özü öz əlləriylə kiber dələduza ötürür. Çünki fırıldaqçılar yeni metod tapıb. Onlar qurbanlarından kart hesabı yox, bu dəfə şəxsiyyət vəsiqəsi istəyirlər. İKT mütəxəssisləri deyir ki, dələduzluğun mənbəyi isə yenə də elan saytlarıdır. Bəs daha çox kimlər fırıldaqçıların qurbanı olur.

Elan saytına yerləşdirilən əşyalara alış üçün xarici nömrədən mesaj gəlir. Satışı yerləşdirən şəxs isə heç bir təhlükə hiss etmir. Çünki, ənənəvi kiber dələduzlar adətən beh ödəmək adıyla bank hesabı istəyirlər. Amma bu dəfəki alıcı guya satıcının real şəxs olduğunu yoxlamaq üçün sadəcə şəxsiyyət vəsiqəsini istəyir. Mütəxəssislər deyir ki, son vaxtlar belə hadisələrin sayı artıb.

Əslində isə, kiber dələduz, bank tətbiqində "şifrəni yeniləmə" sorğusu göndərib. Satıcıdan aldığı sorğunun kodu vasitəsilə birbaşa bank tətbiqinə daxil olur və öz kartına köçürmələr edir. Texnobloger Fərid Pərdəşünasın bildirdiyinə görə, belə hadisələr səbəbindən 3000-5000 manat məbləğində pul itirmiş insanlar var. Təəssüf ki bu pulların geri qaytarılması mümkünsüzdür

Mütəxəssis bildirdi ki, fırıldaqçılardan qorunmağın yeganə yolu odur ki, satıcılar, hər hansısa bir elan saytında öz məhsullarını satan zaman alıcılara öz şəxsiyyət vəsiqəsi məlumatlarını, həmçinin kart məlumatlarını göndərməsinlər.\milli.az

Ulutv.info xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:

Ulutv.info

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info