20 yaşlı qızın gəlir əldə etmə metodu sərt tənqid edilib… - FOTOLAR

Böyük Britaniyada yaşayan 20 yaşlı Aşa Çopranın gəlir üsulu tənqidlə qarşılanıb.

Metbuat.az xəbər verir ki, qız ayda təqribən 10 min dollar gəlir əldə edir. Xanımın sözlərinə görə, pulu ona "Sugar Daddy" ( Şəkər atası) göndərir. Qız bildirib ki, onun 3 "Şəkər atası" var. Lakin qızın bu yolla gəlir əldə etməsi sosial media istifadəçiləri tərəfindən etirazla qarşılanıb. Onlar gənci tənqid ediblər.
Qeyd edək ki, "Sugar Daddy" əsasən qərb ölkələrində yayılmış gəlir əldə etmək üsuludur.

Gənc qızlar pul qarşılığında yaşlı kişilərin himayəsi altına girir. İddia edilir ki, bu yaxınlıq ehtiras yaxınlığı deyil. Tərəflər arasında sadəcə duyğusal yaxınlıq olur.



Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info