Peyk görüntülərini araşdıran tədqiqatçılar qəribəliklə qarşılaşıblar

Peyk görüntülərini araşdıran tədqiqatçılar çox qəribə bir şeylə qarşılaşıblar. Belə ki, Qrenlandiyada buz kütlələri 15-17 iyul tarixləri arasındakı 3 günlük dövr ərzində anidən inanılmaz dərəcədə əriməyə başlayıb. Avropa Birliyinin “Copernicus” peyki ilə çəkilmiş görüntülər yaxından tədqiq edilib. Qrenlandiyadakı nəhəng buz kütləsinin bir çox hissəsində ağ kimi görünməli olan buzlaqların mavinin müxtəlif tonlarında göründüyü müşahidə edilib. Mavi rəngin müxtəlif tonlarındakı peyk görüntüləri isə buzlaqların suya çevrilməsi deməkdir. Tədqiqatları davam etdirən mütəxəssislər buz kütləsinin həmin 3 günlük vaxt aralığında tam olaraq 18 milyard tonluq su itirdiyini bildiriblər.


Ulutv.info Qazet.az-a istinadən xəbər verir ki, anomal ərimə barədə ilk məlumat CNN tərəfindən bildirilib. 18 milyard ton su təqribi olaraq Mingəçevir su anbarının maksimum yükgötürmə qabiliyyətinə bərabərdir. Lakin Mingəçevir su anbarında belə bu qədər su saxlanılmır. CNN-in bildirdiyinə görə Qrenlandiyada buz kütlələri isti hava dalğası ilə belə yüksək ərimə həddinə çatıb. Bölgədə temperatur normalda iyul ayında maksimum 10 dərəcəyə qalxmalıdır. Lakin bu il temperatur 15 dərəcəyə qədər yüksəldiyindən buz kütlələri sadəcə 3 gün ərzində 18 milyard ton su itirib.

İndiyə qədər belə problemlər yaşansa da sonuncu belə hal normaldan 2 dəfə daha çox ərimə ilə yadda qalmışdı. Mütəxəssislər isə bunu birbaşa olaraq qlobal istiləşmə ilə əlaqələndirir. Qəribədir ki, aprel ayındakı son məlumatlar Qrenlandiyanın dünyanın digər yerləri ilə müqayisədə 4 dəfə daha sürətli isindiyini də ortaya qoyub.


Qrenlandiyada buz kütlələri tamamilə ərisə dəniz səviyyəsi 6 metrə qədər yüksələcək. Beləliklə bəzi şəhərlər rahatlıqla su altında qalacaq. Əslində biz bu halları görə bilməyəcəyik. Çünki, dəniz səviyyəsi bu gedişlə ümumilikdə 2300-cü ilə qədər 1.2-1.5 metr arası yüksəlməlidir. Lakin ekoloji problemlər artdıqca bu rəqəmlər hər il mənfiyə doğruya geriləyir.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info