O, dünyanın ən yaraşıqlı kişisidir

Dünyanın ən yaraşıqlı kişisi seçilib.

Ulutv.info axşam.az-a istinadən bildirir ki, bu statusa çinli aktyor, müğənni Syao Can (Xiao Zhan) layiq görülüb.

Belə ki, "Nubia" onlayn jurnalı 5 ay ərzində dünyanın ən yaraşıqlı kişisi ilə bağlı sorğu keçirib. Nəşrin sorğusu zamanı Syao birinci olub.

Səsvermədə 189 ölkədən 11 milyondan çox insan iştirak edib. Onlardan 2,2 milyonu səsini Syaoya verib.

İkinci yerə Cənubi koreyalı müğənni-bəstəkar və aktyor Kim Tae-hyun çıxıb. Üçüncü isə çinli aktyor, rəqqas və teleaparıcı Vanq Yibo olub.

Namizədlər arasında aktyorlar Henri Kavill, Tom Holland, Timoti Şalame, müğənnilər Castin Biber, futbolçu Kriştiano Ronaldonun adı da olub.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info