Göyçayda 1 gündə vətəndaşlardan qanunsuz saxlanılan 8 odlu silah götürülüb

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi, eləcə də vətəndaşlar tərəfindən könüllü təhvil verilməsi məqsədilə əməliyyat və profilaktiki tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, son 1 gün ərzində keçirilən əməliyyat tədbirləri ilə vətəndaşlardan ümumilikdə 8 ədəd müxtəlif markalı ov tüfəngləri götürülüb. Cari il ərzində isə polis şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə
keçirilən tədbirlər nəticəsində rayon sakinlərindən 2-si tapança, 1-i yivli “TOZ-8”, 24-ü isə ov tüfəngi olmaqla ümumilikdə 27 odlu silah götürülüb. Aparılan
profilaktiki tədbirlər nəticəsində həmin 27 silahdan 5-ni vətəndaşlar könüllü şəkildə polisə təhvil veriblər. Baş verə biləcək ağır cinayətlərin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən bu istiqamətdə zəruri əməliyyat və profilaktiki tədbirlər davam etdirilir.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info