Vətəndaşlar qanunsuz saxladıqları odlu silahları polisə təhvil veriblər

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkar edilərək götürülməsi, könüllü təhvil verilməsi və qanunsuz ov hallarının qarşısının
alınması məqsədilə profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən
profilaktiki tədbirlər nəticəsində rayon sakinləri ümumilikdə 7 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində bir nəfərdən müvafiq sənədləri olmayan tüfəng götürülüb, bir
nəfər rayon sakini isə qanunsuz saxladığı odlu silahı könüllü olaraq polisə təhvil verib. Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı isə mülki silahın saxlanılması qaydalarını pozan iki rayon sakini müəyyən edilib və onlar inzibati məsuliyyətə cəlb olunublar.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info