Oğlu intihar etmiş biznesmen həbs edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədova hökm oxunub.

“Qafqazinfo” xəbər verir ki, 1974-cü il təvəllüdlü iş adamı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirli bilinib. Ona 7 il həbs cəzası verilib.

Bildirilib ki, iş üzrə 5 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. M.Əhədov onlardan ümumilikdə 1,2 milyon (340 000, 351 884, 68 000, 170 000, 272 000) manat alaraq dələduzluq yolu ilə ələ keçirib.
Qeyd edək ki, M.Əhədova cinayət işinin açılmasından bir il əvvəl oğlu, 1995-ci il təvəllüdlü Mirvəfayıl Əhədzadə (şəkillərdə) Yasamal rayonunda yaşadığı binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info