Bakı sakinindən bir kiloqramdan çox heroin götürülüb

Bakı sakinindən küllü miqdarda narkotik vasitə aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini Seymur Məmmədovdan 1 015 qram heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info