Azərbaycan klubunun yeni mövsüm ərəfəsində təqdimat mərasimi keçiriləcək

“NTD-İndiqo” basketbol komandasının yeni mövsüm ərəfəsində təqdimat mərasimi keçiriləcək.

“Report” xəbər verir ki, Xaçmaz klubu bununla bağlı oktyabrın 20-də Azərbaycan Texniki Universitetinin idman zalında tədbir təşkil edəcək.

Saat 16:00-da başlayacaq mərasimdə klubun yeni formaları, transfer etdiyi basketbolçular və qarşıdakı planlar idman ictimaiyyətinə təqdim olunacaq.
Azərbaycan Basketbol Liqasında 2023/2024 mövsümünə oktyabrın 22-də start veriləcək.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info