İnsan alverinə görə tutulan qadın məhkəmə zalından azadlığa buraxılıb

İnsan alverində ittiham olunan İradə Şıxıyevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən İradə Şıxıyeva məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, İ.Şıxıyeva barəsində Cinayət Məcəlləsinin 144-1.2.2-ci (təkrar insan alveri törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə 3 qadın zərərçəkmiş qismində tanınıb.

İddiaya görə, İradə Şıxıyeva həmin qadınları Azərbaycan hüdudlarından kənarda kişi müştərilərlə pul müqabilində görüşdürüb və maddi gəlir əldə edib.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info