Hacı Beyləqanski 21 il azadlıqdan məhrum edildi

"Qanuni oğru" Hacı Beyləqanski (əsl adı - Talıbxanlı Hacıbaba Tahir oğlu) 21 il müddətinə azadlıqdan məhrum edilib.

Ulutv.info xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. Məhkəmə müəyyən edib ki, o, 2012-ci ildə "oğru dünyasının kralı" Aslan Usoyanın (Ded Xasan) şəriki - İlqar Əliyevin sıradan çıxarılmasına görə "tac" alıb. Bu cinayətə görə Hacı Beyləqanski 2020-ci ildə 19 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkum xüsusi rejimli həbsxanaya göndəriləcək.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info