“Tərtər işi” ilə bağlı yenidən araşdırma zamanı 18 nəfər cinayət məsuliyyətinə cəlb edilib

“Baş Prokurorluq tərəfindən hərbi qulluqçuların işgəncələrə məruz qalmaları ilə bağlı cinayət işləri üzrə istintaq aparılır”.

APA xəbər verir ki, bunu Baş Prokurorluğun “Instagram” sosial şəbəkəsindəki səhifəsində canlı yayım zamanı İstintaq İdarəsinin rəisi Nemət Əvəzov deyib.

O bildirib ki, baş prokuror Kamran Əliyev tərəfindən bu işin araşdırılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.
İş üzrə yenidən istintaq qrupları yaradılıb, araşdırmalar və dindirilmələr həyata keçirilib:

“Araşdırmalar zamanı dörd cinayət işi üzrə 18 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Hazırda müəyyən faktlarla bağlı araşdırmalar aparılır. Əvvəllər bu iş üzrə cinayət məsuliyyətinə cəlb olunan 45 nəfər barəsində araşdırma aparılıb və bir çoxu barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilib”.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info