Qəbələdə narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan və qanunsuz odlu silah-sursat saxlayan şəxslərə qarşı əməliyyat keçirilib

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində əvvəllər də
narkotik vasitələrin saxlanılması və kultivasiyası ilə məşğul olduğu üçün məhkum olunmuş rayon sakini Azər Şəfiyev şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindəki sellofan torbadan 400 qrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb. Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayət xarakterli hadisələrin qarşısının alınması istiqamətində də tədbirlər keçirilib. Keçirilən tədbirlər zamanı Vüqar Vəliyevdən müvafiq icazələri olmadan saxladığı 2 ov tüfəngi və 47 ədəd patron aşkarlanıb.
Faktlarla bağlı Qəbələ Rayon Polis Şöbəsində araşdırma aparılır.



Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info