Xocavənddə 2 ton çətənə məhv edildi

Xocavənddə 2 ton çətənə məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Metbuat.az-a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonunun Şexer kəndinin ərazisində çətənə bitkiləri aşkar edilib. Yabanı halda bitən ümumilikdə, çəkisi 2 ton 128 kiloqram olan 3272 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info