Mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

Goranboyda mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Yeni Veyisli qəsəbəsindəki mağazada oğurluq hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər. İlkin araşdırmalar zamanı mağazadan 170 manat nağd pul, ümumi dəyəri 500 manat olan müxtəlif növ tütün, alkoqollu və alkoqolsuz içkilərin oğurlandığı məlum olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Kəlbəcər rayon sakinləri Elnur Abuzərov və Fərid Alızadə saxlanılıblar. Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər. Şübhəli şəxslərin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onların daha bir vətəndaşın evindən elektrik naqillərini oğurladıqları məlum olub.
Faktlarla bağlı Goranboy RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info