Şəmkir sakinlərində narkotik aşkarlanıb

Şəmkir Rayon Polis Şöbəsinin və tabeli qurumlarının əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda və yetişdirməkdə şübhəli bilinən rayon sakinləri saxlanılıb.
Şöbə əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində rayon sakinləri Elçin Kazımlı, Nicat Səfiyev və Elçin Mustafayev saxlanılıb. Üzrələrinə
qanunla müəyyən edilmiş qaydada baxış keçirilən zaman şübhəli şəxslərdən narkotik vasitə olan marixuana və metamfetamin aşkar olunaraq götürülüb.
Kür Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Sadiq Nəbizadə saxlanılan zaman onun
üzərindən narkotik maddə olan heroin və metamfetamin aşkar olunaraq götürülüb. Bundan başqa bölmə əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilindiyinə görə saxlanılan Vahid Ömərövun yaşadığı evə baxış keçirilən zaman oradan 1 kq çəkidə qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Kür Polis Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Çinarlı kənd sakini Bəkir İbrahimovun özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq etməklə yenicə əkdiyi narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanıb. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını şəxsi istifadə məqsədi ilə əkdiyini etiraf edib. Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. Faktlarla RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info