Gəncədə qanunsuz olaraq odlu silah saxlayan şəxs saxlanılıb

Gəncə Şəhər Baş Polis İdarəsi (ŞBPİ) Narkotiklərlə Mübarizə Bölməsinin keçiridkiləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz qanunsuz olaraq
odlu sulah saxlamaqda və gəzdirməkdə şübhəli bilinərək saxlanılan Fərahim Verdiyevin ətrafında davam etdirilən əməliyyat tədbirləri nəticəsində şübhəli
şəxsin tanışı, hazırda oğurluq cinayəti törətdiyinə görə Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 2 saylı İstintaq Təcritxanasında həbsdə olan Zaur
Heydərzadənin də odlu silah gizlətməsi məlum olub.

Z. Heydərzadə dərhal Baş Polis İdarəsinin əməkdaşları tərəfindən istintaqa cəlb olunub və o, ifadəsində vəfat etmiş dostundan odlu slah almasını və onu şəhər ərazisində gizlətməsini etiraf edib. Sözügedən əraziyə baxış keçirilən zaman oradan 1 ədəd “Kalaşnikov” markalı avtomat və həmin silaha aid 1 ədəd daraq aşkar edilərk götürlüb.
Faktla bağlı cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info