İspaniya sahillərində 70 milyon avroluq kokain ələ keçirilib

İspaniyanın hüquq-mühafizə orqanları Santander (Kantabriya muxtar icması) sahillərində göyərtəsində iki ton kokain olan yelkənli qayığı ələ keçiriblər.

Məlumata görə, gəmi Böyük Britaniya bayrağı altında üzürmüş. Müsadirə edilən narkotik vasitələrin qara bazarda dəyəri 70 milyon avro qiymətləndirilib.

Qeyd edək ki, kokainin İspaniya sahillərinə Cənubi Amerikadan gəldiyi güman edilir.
Mənbə: TASS
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info