Rövnəq Abdullayev: “Sanki böyük qardaşımı itirmişəm”

“Sanki böyük qardaşımı itirmişəm”.

Oxu.Az xəbər verir ki, bu sözləri SOCAR-ın birinci vitse-prezidenti, neftçi-alim, geoloq, akademik Xoşbəxt Yusifzadə ilə vida mərasimində jurnalistlərə açıqlamasında iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, Xoşbəxt Yusifzadə çox optimist insan idi:
“O işləri və göstərişləri yerinə yetirməyi ilə bütün gənclərə örnək idi. Ona hər zaman deyirdim ki, sən cavanlardan çox daha operativsən. Çox gözəl insan idi. Allah ona qəni-qəni rəhmət etsin. O bütün neftçilərin ürəyində iz qoyub getdi. Nə qədər ki, neft və neft şirkəti var, Xoşbəxt müəllim həmişə yaddaşlarda qalacaq”.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info