Xidmət rəisi: “İlin sonuna kimi keyfiyyətə nəzarət istiqamətində addımlar atılacaq”

“Keyfiyyət sahəsinin tənzimlənməsi və keyfiyyətə nəzarət sistemi istiqamətində artıq bu ilin sonuna mühüm addımlar atılacaq”.

APA xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Aslanbəyli bildirib.
“Həm ölkədə mövcud qanun bazasının təkmilləşdirilməsi, həm də bu sahənin düzgün tənzimlənməsinə nəzarəti yenə də əsas benefisiar kimi bizim sahibkarlığımız, dolayı yolla istehlakçımız edəcək”, - deyə Məmməd Aslanbəyli vurğulayıb.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info