Azərbaycan və Litva kənd təsərrüfatı sahəsində əməkdaşlığı genişləndirir

Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Litva Seyminin Litva-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Kazis Starkeviçyusun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ulutv.info
report və Kənd Təsərrüfatı nazirliyinə istinadən verdiyi məlumata görə, tədbirdə Azərbaycanda kənd təsərrüfatına dövlət dəstəyi, aqrar sahədə aparılan islahatlar barədə görüş iştirakçılarına ətraflı məlumat verilib.

Bildirilib ki, Azərbaycanda həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Görüşdə Azərbaycanın aqrar sektorunun perspektivləri, hökumətin aqrar sahədə prioritetləri, eləcə də bu sahədə innovativ yeniliklər, ixracın inkişafı və kənd təsərrüfatına maliyyə dəstəyi ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin, Azərbaycan və Litva arasında kənd təsərrüfatında hazırki vəziyyət barədə müzakirələr aparılıb. Bildirilib ki, Litva ilə Azərbaycan arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsində də əlaqələr inkişaf edir.

Tədbirdə Azərbaycan və Litva arasında kənd təsərrüfatı məhsullarının idxal-ixrac dövriyyəsinin artırılması, ölkəmizdə aqrar sahəyə investisiyaların cəlbi, kənd təsərrüfatının müxtəlif sahələrində elmi tədqiqatların aparılması ilə bağlı təcrübə mübadiləsi məsələlərinə toxunulub.

Vurğulanıb ki, iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsi üçün böyük potensial var. Hər iki tərəf əməkdaşlıqda maraqlı olduğunu bildirib, gələcək əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıb.


Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info