Azərbaycan banklarında yeni komitə yaradılacaq

Azərbaycan banklarında Korporativ İdarəetmə Komitəsi yaradılacaq.

Ulutv.info xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin təsdiq etdiyi “Banklarda korporativ idarəetmə Standartları”nda yenilənmiş variantında qeyd edilib. Bildirilib ki, sözügedən komitələrin yaradılması tələbi Qərarın qüvvəyə mindiyi tarixdən 12 ay sonra tətbiq ediləcək. Bundan əlavə, ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının “Banklarda risklərin idarə olunması haqqında Qaydalar”ın təsdiq edilməsi haqqında” 2019-cu il 30 yanvar tarixli və “Banklarda korporativ idarəetmə Standartları”nın təsdiq edilməsi haqqında” 2019-cu il 27 iyun tarixli qərarları ləğv edilib.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info