Azərbaycan Banklar Assosiasiyasının prezidenti: “Fintex banklar üçün yeni sahədir”

“2023-cü ilin 1 iyun vəziyyətinə görə, bank toplam aktivlər 44,9 milyard manat təşkil edib”.

Ulutv.info-nun məlumatına görə, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev Bakıda keçirilən Azərbaycan-Türkiyə Fintex Forumunda deyib.

Onun sözlərinə görə, Azərbaycanda qeyd olunan dövrdə bankların verdiyi kreditlərin həcmi 21,4 milyard manata çatıb, banklar tərəfindən cəlb edilən əmanətlərin həcmi isə 12,7 milyard olub”.

Z.Nuriyev əlavə edib ki, fintex banklar üçün yeni sahədir və banklar hazırda onları özləri təsis edirlər.

Azərbaycan Fintex Assosiasiyası İctimai Birliyinin (AZFINA) İdarə Heyətinin sədri Ruslan Talıbov isə bildirib ki, bu ilin birinci yarısında dünyada fintex sahəsinə 52 milyard dollar investisiya edilib:
“Bu qlobal investisiyalar sayəsində 2 154 yeni sövdələşmə imzalanıb. Azərbaycan Mərkəzi Bankının qəbul etdiyi yeni qanun sahəsində fintexlər pul köçürmələri edə biləcəklər:

“Nəticədə Elektron Pul Təşkilatları hüquqi və fiziki şəxslərə ödəniş hesabları açıb xidmət göstərə biləcəklər”.

R.Talıbov əlavə edib ki, Azərbaycan və Türkiyə fintexləri üçün maraq kəsb edəcək.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info