“Panasonic” ABŞ-da elektromobillər üçün akkumulyator zavodu tikəcək

Yaponiyanın “Panasonic” korporasiyası ABŞ-ın Kanzas ştatında elektromobillər üçün akkumulyator istehsal edən zavod tikməyi planlaşdırır.

Dörd milyard dollar dəyərində olacaq zavod akkumulyator istehsalında ən iri müəssisələrdən birinə çevriləcək. Eyni zamanda 4000-ə qədər iş yerinin yaradılması nəzərdə tutulur.

Qeyd edək ki, “Panasonic” Nevada ştatında “Tesla” şirkəti ilə birgə akkumulyator istehsal edən birgə müəssisəyə malikdir.

Mənbə: TASS

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info