Azərbaycan Finlandiyaya quyu qapaqlarının ixracına başlayıb

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azertexnolayn” MMC Avropanın daha bir ölkəsinə - Finlandiyaya quyu qapaqlarının ixracına başlayıb.

Ulutv.info report və agentliyə istinadən xəbər verir ki, ilkin mərhələdə sifarişçi tərəfə 240 tondan çox məhsulun göndərilməsi nəzərdə tutulur.

İnvestisiya dəyəri 103 milyon ABŞ dollarından çox olan “Azertexnolayn” Sumqayıtda 60-dan çox çeşiddə müxtəlif diametrli polad borular, yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqlar, xüsusi təyinatlı müxtəlif diametrli polietilen borular istehsal edir. Məhsullar həm daxili bazarda satılır, həm də 15-dən çox ölkəyə ixrac edilir.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info