Neft bahalaşıb

Dünya bazarlarında neft bahaşıb. Bazarlar təklif perspektivləri gözləntisindədir. Bundan başqa, ABŞ-da ehtiyatlarla bağlı statistikanın açıqlanmasından sonra tələblə bağlı gözləntilər də diqqət mərkəzindədir.

Ulutv.info report və birjalara istinadən xəbər verir ki, “Brent” markalı neftin sentyabr fyuçersləri 0,68% bahalaşaraq 100,25 ABŞ dollarına satılıb. WTI neftinin avqust fyuçerslərinin qiyməti isə 0,55% artaraq 1 bareli 96,8 ABŞ dolları təşkil edib.

Dünyada mümkün resessiyanın baş verməsi ilə bağlı narahatlıqlar tələbə mənfi təsir göstərir.

Treyderlər ABŞ-da neftin kommersiya ehtiyatları ilə bağlı statistikanı qiymətləndirirlər. Məlumata görə, iyulun 8-dək olan həftə ərzində ABŞ-da neftin ehtiyatları gözlənilmədən 3,3 milyon barel artıb. Analitiklər ehtiyatların 0,2 milyon barel azalacağını güman edirdilər.

Neft məhsulları ilə bağlı məlumatlar gözləniləndən pis olub. Belə ki, ölkədə benzin ehtiyatları 5,8 milyon, distillyat ehtiyatları 2,7 milyon barel artıb ki, bu da gözlənilənlərdən yüksəkdir. Həftə ərzində ABŞ-da gündəlik neft hasilatı 100 minədək azalıb və gündəlik 12 milyon barelə düşüb.


Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info