İN: Dekabrda 195-1 Çağrı Mərkəzinə 45 mindən çox müraciət daxil olub

2022-ci il dekabr ayı ərzində İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 45178 müraciət daxil olub. Bu müraciətlərin 40140-ı canlı rejimdə birbaşa, 5038-i isə səsli menyu vasitəsilə cavablandırılıb, araşdırma tələb edən suallarla bağlı müraciət vərəqələri tərtib olunaraq cavablandırılmaq üçün Nazirliyin aidiyyəti qurumlarına göndərilib.

Daxil olan müraciətlər əsasən, istehlakçı hüquqları, sahibkarlıq fəaliyyəti, lisenziyaların verilməsi, vergilərin ödənilməsi, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması, dövlət əmlakının özəlləşdirilməsi, həmçinin Nazirliyin səlahiyyətlərinə aid digər məsələləri əhatə edib.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info