Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin Müşahidə Şurasının iclası keçirilib

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) publik hüquqi şəxsin Müşahidə Şurasının iclası keçirilib.

ULUTV.İNFO: Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda 2021-2022-ci illər ərzində 4SİM-in idarə olunması sahəsində həyata keçirilmiş tədbirlər barədə məlumat verilib, 2023-cü il üçün qarşıya qoyulmuş prioritet inkişaf istiqamətləri ilə bağlı müzakirələr aparılıb.

İclasda 2022-ci il üçün gəlir və xərclər smetası və digər məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

ULUTV.İNFO
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info