“Uğur yolu” müsabiqəsinin qalibləri ilə görüş keçirilib

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “Uğur yolu” karyera inkişafı proqramının builki qalibləri və ötən il keçirilən ilk müsabiqədə müvəffəqiyyət qazanan əməkdaşlarla görüşüb.

Nazirin birinci müavini “Uğur yolu” karyera inkişafı proqramının qaliblərini təbrik edib, müsabiqənin şəxsi və karyera inkişafı üçün yaratdığı imkanları vurğulayıb, qazanılan bilik və bacarıqların onların gələcək fəaliyyətində önəmini qeyd edib.

2021-ci ildə keçirilmiş ilk müsabiqənin qalibləri “Uğur yolu”nun əhəmiyyəti, karyera inkişaf proqramı çərçivəsində iştirak etdikləri tədbirlər, öyrənilən təcrübə barədə fikirlərini bölüşüblər.

Sonda iştirakçıların sualları cavablandırılıb.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info