Qazaxıstan Azərbaycan limanlarında xarici terminal şəbəkələri yarada bilər

Qazaxıstan İran, Azərbaycan, Gürcüstan və Türkiyə limanlarında xarici terminal şəbəkələrinin yaradılması imkanlarını nəzərdən keçirir.


Ulutv.info trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin sənaye və infrastruktur inkişafı naziri Kairbek Uskenbayev hökumətin iclasında deyib.

O bildirib ki, Qazaxıstanın nəqliyyat-logistika potensialının inkişaf konsepsiyası çərçivəsində bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

Bu tədbirlər sırasında nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması, İran, Azərbaycan, Gürcüstan və Türkiyə limanlarında xarici terminal şəbəkələrinin yaradılması yer alır. Bundan başqa, nəqliyyat-logistika sahəsinin gələcək inkişafı üçün elmi-tətbiqi layihələrin milli bazası yaradılacaq.

Bu tədbirlərin reallaşdırılması Qazaxıstanın 2030-cu ilədək nəqliyyat-logistika potensialının inkişaf konsepsiyasında əks olunacaq.


Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info