“Şimal axını” tamamilə dayandırılıb

"Şimal axını" kəmərinin fəaliyyəti tamamilə dayandırılıb.


Ulutv.info trend-ə istinadən bildirir ki, Rusiyanın "Qazprom" şirkəti Avropanı qaz ilə təchiz edən "Şimal axını" kəmərinin yeganə işlək mühərrikinin sıradan çıxdığını və bununla da kəmər ilə qaz nəqlinin tamamilə dayandırıldığını bildirib.

Şirkətdən bildiriblər ki, nasazlıq barədə "Siemens" şirkətinin baş icraçı direktoru Kristian Bruxa məlumat verilib.

Hazırda Rusiyadan Avropaya qaz Urenqoy-Pomara-Ujqorod boru kəməri, eləcə də "Türk axını" vasitəsilə daşınır.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info