ABŞ dolları son 20 ildəki gücünə qayıtdı

Bazar ertəsi Federal Ehtiyat Sisteminin faiz dərəcələrini daha da yüksəltmək planlarını elan etməsindən sonra ABŞ dollarının əsas dünya valyutalarına nisbətdə pariteti son 20 ilin ən yüksək səviyyəsinə çatıb.

Ulutv.info qaynarinfo-ya istinadən bu barədə "Euronews"a ıstinadən xəbər verir.

Bazar ertəsi səhər qlobal bazar ticarəti zamanı bir ABŞ dolları 1,01 avroya dəyişdirilib ki, bu da 2002-ci ilin iyulundan bəri ən yüksək göstəricidir.

Həmçinin, bir ABŞ dollarının Britaniya funt-sterlinqinə nisbətdə paritet məzənnəsi də 0,86-ya çatıb ki, bu da 2020-ci ilin martından bəri ən yüksək səviyyə olub.

Əsas dünya valyutaları səbəti qarşısında dəyərini ölçən dollar indeksi bazar ertəsi səhər saatlarında 109,48-də son 20 ildə pik həddinə çatıb.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info