İranın gözü JCPOA sazişində: 93 milyon barel neft və qaz tankerlərdə xəbər gözləyir

İranın təxminən 93 milyon barel xam neft və qaz kondensatı hazırda Fars körfəzi və Sinqapur sularında, eləcə də Çin yaxınlığında neft tankerlərində saxlanılır ki, bu da JCPOA sazişinin imzalanmasından dərhal sonra bazara daxil ola bilər.

Ulutv.info "Bloomberg"in məlumatına istinadən xəbər verir ki, İranın nüvə danışıqlarındakı irəliləyiş bazarın diqqətini ölkənin əhəmiyyətli dəniz neft ehtiyatlarına yönəldib və müqavilə imzalanacağı təqdirdə bu ehtiyatlar alıcılara tezliklə çata bilər.

"Kepler" gəmi izləmə şirkətinin məlumatları göstərir ki, İranın təxminən 93 milyon barel xam neft və qaz kondensatı hazırda Fars körfəzi və Sinqapur sularında, eləcə də Çin yaxınlığında neft tankerlərində saxlanılır. Gəmiçilik məlumatlarının təhlili sahəsində aktiv fəaliyyət göstərən "Vertexa" İnstitutu bu rəqəmi 60-70 milyon barel arasında qiymətləndirir, əlavə olaraq yerüstü çənlərdə daha kiçik ehtiyatlar var.

Bir çox analitiklər hesab edir ki, İran tezliklə bazarda üstünlük təşkil edəcək əhəmiyyətli neft yükləri donanması hazırlayıb, baxmayaraq ki, sanksiyalar aradan qaldırıldıqdan sonra sığorta, daşıma və satış maneələri ilə bağlı məsələlərin həlli bir qədər vaxt aparacaq.

Son həftələrdə İran neftinin barellərinin dünya bazarlarına qaytarılması ehtimalı gələcəkdə neftin satış qiymətinə təsir edib və təklif çatışmazlığı əlamətlərini aradan qaldırıb.

Diplomatlar bu ölkəyə qarşı sanksiyaların ləğvi müqabilində İranın nüvə proqramını məhdudlaşdıran JCPOA sazişinin yenidən canlandırılmasına diqqət yetirirlər. Orijinal JCPOA sazişi Donald Tramp tərəfindən pozulub. Keçən həftə ABŞ sazişin son layihəsinə öz cavabını göndərərək, erkən imzalanacağına ümidləri artırdı.

Vertexa şirkətinin statistik məlumatlarına görə, İranın ABŞ-ın sanksiyaları səbəbindən neft idxalı istisnalarının aradan qaldırılmasından sonra İranın gündəlik neft ixracı 1 milyon barel ətrafında olub. Çin bu ölkənin ən çox neft alıcıları sırasındadır.

Vurğulanır ki, İranın məqsədi Avropa, xüsusilə İspaniya, İtaliya, Yunanıstan və hətta Türkiyədəki Rusiya nefti boşluğunu doldurmaqla yanaşı, Asiya bazarında öz payını geri qaytarmağa çalışmaqdır.

2017 və 2018-ci illərdə Avropa gündə orta hesabla 748 min barel və 528 min barel, Asiya isə müvafiq olaraq 1,2 və 1 milyon barel İran nefti idxal edib.\\qaynarinfo\

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info