"KOLİ” Karqosunun Saxtakarlıq Anatomiyası: Şok VİDEO Faktlar!

Ulutv.info xəbər verir ki, Türkiyə və ABŞ-dan bağlamaların gətirilməsinin rahatlaşması və tələbatın çoxalması, daşınma sektorunda canlamanı qaçılmaz edir. Az qala hər həftə yeni bir karqonun yarandığı bir şəraitdə, bazara nəzarət zəruri hala çevrilir. Yüz minlərlə vətəndaşın istifadə etdiyi, miyonlarca vəsaitin döndüyü bu özəl xidmət sahəsi böyüdükcə, sui-istifadənin və ziyanın radiusu da böyüyür. Xüsusən də, bəzi işbaz karqo rəhbərləri, nəzarətsizlikdən istifadə edib, müxtəlif formalarda saxtakarlıqlara və hiylələrə əl atırlar, nəticədə də, minlərcə vətəndaşa maddi və mənəvi ziyan dəymiş olur.

Sosial şəbəkələrdə karqolarla əlaqəli-əlaqəsiz çoxsaylı qrup və səhifələrdə edilən narazılıqlar, qartopu kimi böyüməkdədir. Ulutv.info bildirir ki, nəticə etibarilə, cəmiyyətdə əlavə bir stress və gərginlik ocağı yaranır.

Bu mənfi və ziyanlı gedişatı durdurmaq üçün düşünürük ki, medianın ciddi roluna ehtiyac vardır.

Buna görə də biz silsilə olaraq, daşınma sektorunu gündəmə gətirən araşdırmalara yer vermək qərarına gəldik. Bəribaşdan qeyd edək ki, bu material və sujet, bir aylıq zəhmətin nəticəsidir.



Xüsusən də, bazarda bir neçə karqonun adı, maxinasiya ilə anılmaqdadır ki, onlardan bəlkə də birincisi “Koli”dir. Bu şirkətlə bağlı çoxsaylı şikayət və məsələləri araşdıranda, qarşımızda, faktiki olaraq, «FIRILDAQ» bir şirkətin olduğunu anladıq. Sadəcə bu nüansı qeyd etmək yetərlidir ki, “şirkət” öz reyintinqini kamuflaj etmək üçün feysbukda “dəyərləndirmələr” bölümünü bağlayıb, əvəzində isə “quql məkan”da özünə, saxta hesablardan “5 ulduz” verməkdədir. Hətta, “şirkət”in rəhbəri Hüseyn Qurbanov açıq profildən “5 ulduz” qoymaqdan da çəkinməyib! Təsəvvür edirsiz; şirkət rəhbəri, öz şirkətindən razılığını bildirir!... Necə deyərlər, həm gülməli, həm də ağlamalı…
______________________
Növbəti yazılarımızda:
- “Koli.az” insanları hansı cəlbedici kampaniya və metodlarla aldadır?
- Jurnalistlərdən biri, “şirkət rəhbəri”ninin şok etiraflarını necə qeydə aldı?
- Koli.az-dan edilən yüzlərcə şikayət niyə nəticəsiz qalır?
- “Şirkət”in “arxasında” kimlər dayanır?
- Koli.az-ın tələsindən insanları qorumaq üçün nə etmək lazımdır?


Bütün sualların cavabı bu sujetdə!



Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info