“Bünyad Sərdarov adına Maşınqayırma Zavodu” özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ötən gün keçirdiyi növbəti hərracda 1 kiçik dövlət müəssisəsi, 10 nəqliyyat vasitəsi özəlləşdirilib.

Ulutv.info report-a istinadən bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, hərraca çıxarılan dövlət əmlaklarına ümumilikdə 65 sifariş qəbul olunub, bunun 19-u elektron qaydada həyata keçirilib.

Hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Bakının Binəqədi rayonunda yerləşən “Bünyad Sərdarov adına Maşınqayırma Zavodu” MMC olub. Ümumi faydalı sahəsi 58 472 kvadratmetr, torpaq sahəsi isə 117 787 kvadratmetr olan müəssisə 14 489 788 manata özəlləşdirilib.

Ötən hərraclarda olduğu kimi, bu dəfə də nəqliyyat vasitələrinin özəlləşdirilməsində rəqabət müşahidə edilib.

Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/30SU4lu).

Növbəti hərrac avqustun 30-da keçiriləcək. Hərracda iştirakçılara 55 dövlət əmlakı təklif ediləcək. Bunlardan 6-sı səhmdar cəmiyyətlərin səhm paketi, 12-si kiçik dövlət müəssisə və obyekti, 1-i yarımçıq tikili, 36-sı isə nəqliyyat vasitəsidir.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info