Türkiyədən onlayn alış-veriş edənlərə şad xəbər

"MasterCard" Azərbaycanın taksit (kredit) kartlarının Türkiyədə tanınması ilə bağlı Türkiyə Mərkəzi Bankı ilə danışıqları davam etdirir.

Ulutv.info trend-ə istinadən xəbər verir ki, bunu "MasterCard"ın Azərbaycandakı baş direktoru Avşar Gürdal "Google Pay" sisteminin Azərbaycanda işə salınmasına həsr olunmuş mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, bu istiqamətdə işlər davam etdirilir və yaxın zamanlarda yerli taksit kart sahiblərinə Türkiyədə ödənişlər həyata keçirməyə imkanının yaradılması planlaşdırılır.

Qeyd edək ki, "MasterCard" bu məsələ ilə bağlı Türkiyə Mərkəzi Bankı ilə danışıqlara 2021-ci ildə başlayıb.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info