"Bu göstəriciyə çatmaq üçün müvafiq işlər aparır"

"MasterCard" Azərbaycan bazarında nağdsız ödənişlərin payını 50 faizə çatdırmağı planlaşdırır.

Ulutv.info trend-ə istinadən xəbər verir ki, bunu "MasterCard"ın Azərbaycandakı baş direktoru Avşar Gürdal "Google Pay" sisteminin Azərbaycanda işə salınmasına həsr olunmuş mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, ölkədə rəqəmsal ödənişlərin həcmi 20 faiz təşkil edir və şirkət bu göstəricini 50 faizə çatdırmağı hədəfləyir.

"Bu göstəriciyə çatmaq üçün "MasterCard" həm Mərkəzi Bankla, həm də yerli tərəfdaş banklarla müvafiq işlər aparır", - deyə o bildirib.

A.Gürdal əlavə edib ki, "MasterCard" ödənişlərin rəqəmsallaşmasının sürətləndirilməsi üçün Azərbaycanla innovasiyalar, texnologiyalar və digər sahələrdə imkanlarını bölüşür.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info