Avropada qazın qiyməti bu tarixdən bəri ilk dəfə 3 min dollar həddini keçdi

Avropada təbii qazın qiyməti martın 8-dən bəri ilk dəfə min kubmetr üçün 3 min dollar həddini keçib.

Ulutv.info trend-ə istinadən xəbər verir ki, Niderlandın TTF habında təbii qazın sentyabr fyuçersləri 3 024 dollar ətrafında alınıb-satılır.

Qiymətlər son sutka ərzində təxminən 20 faiz artıb.

Avropada təbii qazın qiyməti martın əvvəlindən bəri ilk dəfə min kubmetr üçün 2 800 dolları keçib.

Qeyd olunur ki, bahalaşmaya səbəb "Şimal axını" kəmərində aqreqatın təmiri ilə əlaqədar avqustun 31-dən etibarən qaz nəqlinin üç gün müddətinə dayandırılacağıdır.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info