Ərdoğanın yeni islahatı - Qiymətlər ucuzlaşdı

Türkiyədə daxili bazarda qiymətləri tənzimləmək üçün Prezident Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə yeni layihəyə start verilib.


Yeni layihə "Tarım Kredi"-"Kənd Təsərrüfatı Krediti" adlanır.

Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə bəzi məhsullarda "Kənd Təsərrüfatı Kredit Kooperativi Bazarları"nda endirimlərin olması vətəndaşların sıxlığına səbəb olub.

Bu artan alış-verişdən öz payını almaq istəyən zəncir marketlər də hərəkətə keçib. Günəbaxan yağı, yumurta, un, pendir kimi məhsullara neçə faiz endirim tətbiq olunduğu müəyyən edilib.

İstehlakçı Konfederasiyasının sədri Aydın Ağaoğlu isə deyib ki, "Endirim başladı, amma gördüm ki, zəncir marketlərdə xüsusilə yağ, ağ pendir və ət məhsullarında müəyyən qədər endirim başlayıb. Hələ də "Kənd Təsərrüfatı Kredit Kooperativi"nin tətbiq etdiyi qiymətlərə endirilməyib. Gözləntilərimiz istehsalı artıraraq vətəndaşların əsas ərzaq və tələbat mallarının tədarükünün artması nəticəsində daimi və real endirim etməkdir.

Bunun üçün xammal mənbələrindən istehsalçı, topdansatış və satış nöqtələrindən məsələni həssaslıqla dəyərləndirmələrini və qlobal böhran zamanı bütün istehlakçıların minimum ehtiyaclarına çatmaqda dəstək vermələrini gözləyirik. Endirim qiymətlərinə gəldikdə isə hazırda maye yağ, paxlalılar, tərəvəz və meyvələr, pendir, zeytun kimi məhsullarda orta hesabla 15 faiz endirim tapmışam. 5 litr günəbaxan yağı müxtəlif markalarda 180-200 lirə aralığında satışa çıxarılırdı. Günəbaxan yağının hazırkı bazar qiyməti 154,75 lirə, "Kənd Təsərrüfatı Krediti Bazarı"nda isə 147 lirə olub.

Zeytun yağının bazar qiyməti 198,95 lirədən 177 lirəyə düşüb. Kəsmiyin kiloqramı 92 lirədən 69 lirəyə ucuzlaşıb.

Buğda ununun qiyməti 72,75-dən 49,95-ə, 3 qatlı kağız dəsmal 150 lirədən 109,90-a düşüb. Türkiyənin günəbaxan yağının 5 litri 170 lirəyə düşüb. Onun qiyməti 200 lirə civarında idi. Günəbaxan yağının qiyməti "Kənd Təsərrüfatı Krediti" endirimindən sonra 188 lirədən 155 lirəyə düşüb. Amma kərə yağının qiyməti 200 lirədən 177 lirəyə enib".

Qeyd edək ki, ölkə başçısı bu layihənin əhatə dairəsinin genişlənəcəyini deyib.\\milli.az


Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info