Çinin Rusiyadan kömür idxalı 5 ilin ən yüksək səviyyəsində

2022-ci ilin iyul ayında Çinin Rusiyadan kömür idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq son 5 ilin ən yüksək səviyyəsinə çatıb.


Ulutv.info teleqraf.com-a istinadən bildirir ki, keçən ay Rusiyadan 7,42 milyon ton kömür idxal edilib.

Bu rəqəm iyun ayında 6,12 milyon ton, 2021-ci ilin iyulunda isə 6,49 milyon ton olub.

Avropa ölkələrinin embarqosu Rusiyanı Çin və Hindistan kimi alıcıları hədəf almağa və yüksək endirimlə satmağa məcbur edib.

Dəyəri 5500 kilokalori (kkal) olan Rusiya termal kömürü iyulun sonunda maya dəyəri və yük əsasında bir ton üçün təxminən 150 dollara satılıb.

Eyni keyfiyyətdə kömürün tonu Avstraliyanın "Nyukasl" limanında 210 dollardan yuxarı qiymətə alınıb.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info