Növbəti həftə daha 5 rayonda “Azəriqaz”ın “Açıq mikrofon”u qurulacaq

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir.


Ulutv.info lent.az-a istinaden xəbər verir ki, növbəti həftə, yəni avqustun 22-dən 26-dək daha 5 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyaları keçiriləcək. Aksiya həftənin 1-ci günü saat 12:00-dan 14:00-dək Şamaxı rayonunda (Heydər Əliyev Parkı), 2-ci günü saat 11:00-dan 13:00-dək İsmayıllı rayonunda (Heydər Əliyev Parkı ), 3-cü günü saat 13:00-dan 15:00-dək Kürdəmir rayonunda (Heydər Əliyev Parkı), 4-cü günü saat 11:00-dan 13:00-dək Göyçay rayonunda (Əli Kərim adına şəhər Parkı), 5-ci günü saat 11:00-dan 13:00-dək Ucar rayonunda (Heydər Əliyev Parkı) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info