Bu şirkət bir nəfərə maaş verib – YENƏ DƏ ZƏRƏRDƏDİR

«Bakı şəhər tikinti mexanikləşdirmə» ASC 2021-ci il üzrə hesabatını açıqlayıb.

Ulutv.info xəbər verir ki, 2021-ci ildə şirkətin gəlirləri olmayıb, baxmayaraq ki, 2020-ci ildə şirkət təqribən 47 min manat əməliyyat gəliri əldə etmişdi.

Əvəzində 2021-ci ildə şirkətin xərcləri 5377 manat olub, bunun 3 870 manatı işçi heyəti üçün xərclər, 1507 manat isə sair əməliyyat xərcdəridir. Başqa sözlə, şirkətin aylıq əmək haqqı xərcləri 322 manat ətrafında olub. Ölkə üzrə minimum əmək haqqının 300 manat olduğunu nəzərə alsaq, 2021-ci ildə şirkət hər ay cəmi 1 işçiyə əmək haqqı ödəyib. Nəticədə şirkət ili 5377 manat zərərlə başa vurub.

Halbuki, 2020-ci ildə şirkət 14 214 manat mənfəət qazanmışdı.

2021-ci ilin sonuna «Bakı şəhər tikinti mexanikləşdirmə» ASC-nin 136 min manatlıq cəmi aktivi olub. 2020-ci illə müqayisədə bu göstərici 7000 manat və ya 5% azalıb.

Şirkətin cəmi kapitalı isə 111 min manat olub, bu göstərici də 2021-ci ildəki zərər qədər, yəni 5377 manat aşağı düşüb.

«Bakı şəhər tikinti mexanikləşdirmə» ASC-nin öhdəlikləri 2021-ci ilin sonuna 25 153 manat olub. //FED.az//

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info