Şahin Bağırov: "Yaxın 3 ay ərzində Gürcüstan və Türkiyə ilə məlumat mübadiləsi platforması hazırlanacaq"

"Bakı-Tbilisi-Qars layihəsinin inşasına başlanandan inşanın sonuna çatana qədər Azərbaycan bu layihəni hər zaman dəstəkləyib".

Ulutv.info-nun report-a istinadən məlumatına görə, bunu Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədrin vəzifələrini müvəqqəti icra edən Şahin Bağırov bu gün Bakıda keçirilən Türkiyə, Azərbaycan və Gürcüstan hökumətləri arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin iclasında bildirib.

Onun sözlərinə görə, bu layihədə gömrük xidmətinin də üzərinə burada böyük işlər düşür: “Məqsədimiz yüklərin tez bir zamanda və təhlikəsiz şəkildə mənzil başına çatdırımasına nail olmaqdır. Bunun üçün də gərək gömrük işinin təşkili ilə bağlı bütün lazımi prosedurları həll edək. Burada biz Gürcüstan və Türkiyə ilə birgə fəaliyyət göstərməliyik”.

Ş. Bağırov bildirib ki, Azərbaycan gömrük xidmətinin həm Gürcüstan, həm də Türkiyə gömrük xidməti ilə geniş əməkdaşlığa sahibdir: “Yaxın 3 ay ərzində məlumat mübadiləsi ilə bağlı platforrma hazırlanacaq, bu məlumatların elektron formada mübadiləsinə nail olunacaq”.

Gömrük Komitəsinin sədri bildirib ki, məlumat mübadiləsi platforması hazırlanandan sonra qatarlar boş dayanmaya məruz qalmayacaq. O qeyd edib ki, ölkə rəhbəri ölkədə tranzit potensialının artırılmasına böyük əhəmiyyət verir. Biz də işimizi planlaşdıraraq bütün qarşımıza qoyulan məqsədlərə nail olacağıq”.

Ş. Bağırov qeyd edib ki, tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsi həmçinin dəniz limanlarının da tranzit potensialının artırılmasına və Şimal-Cənub, Orta dəhliz ilə tranzit yüklərin daşımasına böyük əhəmiyyət veriləcək: “Bizim əməkdaşlığımız beynəlxalq səvviyyədə platforma yaradacaq”.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info