Əhalinin gəlirləri açıqlandı

Bu ilin yanvar-iyul aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən nominal ifadədə 20 faiz artaraq 38 milyard 797,2 milyon manata çatıb.

Dövlət Statistika Komitəsindən Ulutv.info-ya qaynarinfo-ya istinadən bildirilib ki, bu dövrdə əhalinin hər nəfərinə orta hesabla 3859 manatlıq gəlir düşüb.

Əhalinin sərəncamında qalan gəlirləri 34 milyard 568,7 milyon manat təşkil edib.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info