Bakıda SOCAR və “KazMunayQaz”ın rəhbərləri görüşüb

Bakıda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəflə “KazMunayQaz”ın İdarə Heyətinin sədri Maqzum Mirzaqaliyev arasında görüş keçirilib.

Ulutv.info report-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan şirkəti məlumat yayıb.

Bildirilib ki, tərəflər ikitərəfli əməkdaşlıq, o cümlədən Transxəzər infrastrukturunun inkişafı sahəsində şirkətlər arasında qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info