Azərbaycanda unun qiyməti ucuzlaşacaq? (VİDEO)

Azərbaycanda buğda istehsal edən fermerlərə dəstək üçün tədbirlər görüləcək. Bu isə buğda istehsalının genişləndirilməsi ilə yanaşı una olan tələbatın ödənilməsinə kömək edəcək.

50 hektar torpaq sahəsi olan, eyni zamanda, burada müasir suvarma sistemləri quraşdıran fermerlər ərzaqlıq buğda istehsalı ilə bağlı fəaliyyət planına qoşulmaq üçün Kənd Təsərrüfatı Nazirliyinə mürciət edə bilərlər.

Mövzu ilə bağlı danışan ekspert Rəşad Həsənov Ulutv.info-ya xəzər xəbər-ə istinadən bildirib ki, yeni mexanizm ərzaqlıq buğda istehsalı ilə özünütəminat səviyyəsinə müsbət təsir göstərəcək.

Azərbaycan ərzaqlıq buğda təminatının 90 faizinin idxaldan asılı olduğunu nəzərə alsaq, bu proses ölkədə unun və un məhsullarının qiymətinin ucuzlaşmasına təsir göstərəcək.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info