Azərbaycanda I yarımildə 300-dən çox dövlət avtomobili özəlləşdirilib

Bu ilin I yarısında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti nəqliyyat vasitələrinin satışa çıxarıldığı 24 hərrac keçirib.

"Report" quruma istinadən xəbər verir ki, hərraclara 384 nəqliyyat vasitəsi çıxarılıb və onlardan 319-u satılıb.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə çoxdur.

Avtomobillərə sifarişlərin çoxluğu hərracları daha rəqabətli edib. Belə ki, 2022-ci ilin yanvar-iyun aylarında nəqliyyat vasitələri üzrə ümumi ilkin satış qiyməti 1 269 425 manat olsa da, rəqabətli hərrac nəticəsində bu, 1 620 911 manat təşkil edib. Başqa sözlə, təklif ilkin satış qiymətindən 351 486 manat çox olub.

Cari ilin ilk 6 ayı ərzində nəqliyyat vasitələrinin hərracından dövlət büdcəsinə daxil olan vəsait 1,22 milyon manat olmaqla, ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 dəfə çoxdur.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info